MDM və BDU arasında Anlaşma Memorandumu imzalanıb

MDM və BDU arasında Anlaşma Memorandumu imzalanıb
17.05.2024 09:44
Aa
dəq

Milli Depozit Mərkəzi (MDM) və Bakı Dövlət Universiteti (BDU) arasında BDU-nun 105 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in MDM-ə istinadən verdiyi məlumata görə, Memoranduma əsasən, tərəflər elm, təhsil və əmək bazarı-universitet-biznes işbirliyi sahələrində tədbirlər həyata keçirəcəklər.

Əməkdaşlıq çərçivəsində kapital bazarı üzrə BDU kontingentinin təhsil keyfiyyətinin yüksəldilməsi, məzunların məşğulluğu və əmək bazarına inteqrasiyası, tələbə-gənclərin əmək bazarında rəqabətə davamlığının artırılması məqsədi ilə bütün səylərin birləşdirilməsi, idarəetmə, maliyyə və qiymətli kağızlarla bağlı aktual məsələlərə dair birgə konfrans, seminar, təlim, dəyirmi masa və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

BDU tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, könüllü təcrübə proqramlarının, müsabiqələrin təşkil edilməsi, kapital bazarı üzrə fəaliyyət göstərə biləcək mütəxəssislərin yetişdirilməsi, MDM əməkdaşlarının tədris fəaliyyətinə və BDU tərəfindən təşkil edilən ixtisasartırma proqramlarına cəlb edilməsi də Memorandumda əksini tapıb.

Qeyd edək ki, MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasında maliyyə savadlılığının artırılması üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu