PSJ Fransa çempionatının 25-ci turunda “Marsel”i məğlub edib (3:0).
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu matç fransalı forvard Kilian Mbappe üçün əlamətdar olub. O, Paris təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla qollarının sayını 200-ə çatdırıb.
Nəticədə, fransalı hücumçu paytaxt klubunun keçmiş oyunçusu Edinson Kavaninin rekordunu təkrarlayıb. Bu göstəriciyə çatmaq üçün Mbappeyə 246 oyun, Kavaniyə isə 301 matç kifayət edib.
Kilian Mbappe cari mövsümdə Liqa 1-də 21 oyuna çıxıb və 17 qol vurub.