Əsas məzmuna keç

Masallıda meşədə yanğın olub - VİDEO

Masallıda meşədə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində massivində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ha sahədə quru ot və kol-kos yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #fhn#meşə
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…