Əsas məzmuna keç

Masallıda arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Masallıda arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb. Xəbər verildiyi kimi 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın qəsdən öldürülməsi faktı ilə bağlı...

Masallıda arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində məhkəməyə göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.

Xəbər verildiyi kimi 1975-ci il təvəllüdlü Səfərovanın qəsdən öldürülməsi faktı ilə bağlı Masallı rayon prokurorluğunda cinayət işi aparılıb.

İstintaqla Gülağa Bəndəliyevin arvadı Sədaqət Səfərovanı Masallı rayonu, Təzə Alvadı kəndində sonuncunun işlədiyi ərzaq mağazasının qarşısında bıçaqla bədəninin müxtəlif nayihələrinə zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Gülağa Bəndəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamı öldürmə) maddəsilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…