Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Marta Kos Ermənistana səfər edəcək: Tarix məlum oldu

2 dəq
Paylaş:
Marta Kos Ermənistana səfər edəcək: Tarix məlum oldu

Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Kosun Ermənistana qarşıdan gələn səfərinin tarixi açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Armenpress" məlumat yayıb.

Bildirilib ki, Aİ-nin Ermənistandakı səfirliyi Marta Kosun 19-20 mart tarixlərində Ermənistana səfər edəcəyini açıqlayıb.

“Avropa İttifaqı ilə arasındakı münasibətlər dərinləşməyə davam edir, tərəfdaşlığın həlledici mərhələsinə qədəm qoyur və əsas strateji prioritetlər üzrə ikitərəfli əməkdaşlığın inkişafına güclü və qarşılıqlı sadiqliyi bir daha təsdiqləyir.19-20 mart tarixlərində planlaşdırılan Aİ komissarı Marta Kosun səfəri və ilk Aİ- Zirvə Görüşündən əvvəl, dünən Aİ-Ermənistan strateji gündəliyinin həyata keçirilməsindəki irəliləyişi qiymətləndirmək üçün İrəvanda Avropa Komissiyasının yüksək vəzifəli rəsmilərinin işgüzar səfəri baş tutub", - açıqlamada deyilib.

Həmçinin bildirilib ki, bu strateji gündəm uzunmüddətli əməkdaşlığın təməlini təşkil edən Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) əsaslanır:

"Müzakirələr , enerji və rəqəmsal rabitə sahələrində regional əlaqəyə yönəlib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax