Əsas məzmuna keç

Marta Kos: Aİ Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığı aktivləşdirir

Marta Kos: Aİ Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığı aktivləşdirir

Avropa Komissarı Qara dəniz strategiyası və enerji marşrutları üzrə yeni planları açıqladı. Mərkəzi Asiya ilə bağlanan ticarət yollarında hansı layihələr icra ediləcək?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Avropa İttifaqı (Aİ) Qara dəniz və nəqliyyat-enerji əlaqələrinin inkişafı üzrə yeni strategiya çərçivəsində , və ilə qarşılıqlı fəaliyyəti aktivləşdirmək niyyətindədir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Avropa komissarı Marta Kos Lüksemburqda Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl bildirib.

Onun sözlərinə görə, yeni strategiyanın əsas elementlərindən biri Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş qarşılıqlı bağlılıq gündəliyidir.

"Bu gün biz Avropa Komissiyasının Qara dəniz üzrə yeni strategiyasının qəbul edilməsinin nə qədər vacib və doğru qərar olduğunu görürük, onun da tərkib hissələrindən biri qarşılıqlı bağlılıq gündəliyidir. Avropanı Mərkəzi Asiya ilə daha yaxşı əlaqələndirmək üçün biz Ermənistan, Azərbaycan və Türkiyə ilə əməkdaşlığı inkişaf etdiririk", - Kos qeyd edib.

O vurğulayıb ki, söhbət, ilk növbədə, ticarətin və marşrutlarının inkişafından gedir.

"Biz bu gün, şimalda ticarət marşrutlarının , cənubda isə İrandakı müharibə səbəbindən pozulduğu bir vaxtda nə qədər həssas olduğumuzu görürük. Buna görə də hazırda əlçatan olan marşrut məhz bizim qarşılıqlı bağlılıq gündəliyi çərçivəsində reallaşdırdığımız marşrutdur", - Avropa komissarı deyib.

Kos əlavə edib ki, iclas zamanı nazirlər Cənubi Qafqaz regionu dövlətləri ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair sonrakı addımları müzakirə edəcəklər.

"Bu gün biz Cənubi Qafqaz ölkələri - Ermənistan, Azərbaycan və Türkiyə ilə qarşılıqlı fəaliyyəti necə daha yaxşı quracağımızı müzakirə edəcəyik, harada ki artıq bizim həyata keçirilməsinə başlaya biləcəyimiz konkret layihələrimiz var", - o vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…