Operativ Məlumat Mərkəzi

Marqarita Simonyanı öldürmək istəyən şəxslər həbs olunub

1 dəq
Paylaş:
Marqarita Simonyanı öldürmək istəyən şəxslər həbs olunub

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “RT" telekanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Rusiya FTX yayıb. Məlumatda bildirilib ki, "iyulun 14-də Moskva və Ryazan vilayətində işğal obyektlərinin iş və yaşayış ünvanlarında kəşfiyyat aparan neonasist qruplaşmasının "Paraqraf-88" üzvlərinin saxlanılıb".

İddia olunub ki, həmin şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə hərəkət ediblər. “Hər qətlə görə 1,5 milyon rubl mükafat alacaqlarını təsdiqləyiblər", - deyə FTX-nin yaydığı məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər