ABŞ dövlət katibi Marko Rubio Kanada xarici işlər naziri Anita Anand ilə iki ölkə arasında iqtisadi əlaqələri müzakirə edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, görüş ABŞ və Kanadanın əlavə gömrük rüsumlarının tətbiqinin qarşısını alan yeni ticarət sazişi üzrə razılığa gəlməsindən sonra baş tutub.
“Kanada xarici işlər naziri Anita Anand ilə görüşərək, yarımkürəmizdə qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri və iqtisadi prioritetlər üzrə ABŞ-Kanada koordinasiyasını gücləndirdik”, - Rubio qeyd edib.
ABŞ Dövlət Departamentinin məlumatına görə, tərəflər həmçinin Arktikada təhlükəsizlik məsələlərini, Kubadakı vəziyyəti və zəlzələdən sonra Venesuelaya birgə yardım göstərilməsi məsələsini müzakirə ediblər.