ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, tərəflər ikitərəfli münasibətləri, Rusiya-Ukrayna müharibəsini və İran məsələsini müzakirə ediblər.
Açıqlamada qeyd olunub: “Onlar ABŞ və Rusiya arasındakı münasibətləri, Rusiya-Ukrayna müharibəsini və İranı müzakirə ediblər”.
Departament əlavə edib ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Rusiya Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı qısa açıqlama yayıb. Bildirilib ki, tərəflər mövcud beynəlxalq vəziyyəti, Rusiya–ABŞ münasibətlərini və ikitərəfli əlaqələrin gündəliyini müzakirə ediblər.
Nazirliyin məlumatına görə, danışıq “konstruktiv və praktik” xarakter daşıyıb.