Operativ Məlumat Mərkəzi

Marko Roys “Borussiya”nın tarixinə düşüb

1 dəq
Paylaş:
Marko Roys “Borussiya”nın tarixinə düşüb
33 yaşlı futbolçu Bundesliqa təmsilçisinin ən məhsuldar futbolçusu ünvanını ələ keçirib. Yarımmüdafiəçi ölkə çempionatının XXV turunda “Köln”lə...

Marko Roys Almaniyanın “Borussiya” (Dortmund) klubunun tarixinə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 33 yaşlı futbolçu Bundesliqa təmsilçisinin ən məhsuldar futbolçusu ünvanını ələ keçirib.

Yarımmüdafiəçi ölkə çempionatının XXV turunda “Köln”lə qarşılaşmada dubl edərək bunu bacarıb. 6:1 hesablı qələbəyə töhfə verən Roys “Borussiya”nın heyətində ümumi qollarının sayını 161-ə çatdıraraq, klub tarixinin bombardiri ünvanına yiyələnib. O, Mixael Zorka məxsus 159 qolluq rekordu yeniləyib.

Qeyd edək ki, Marko Roys 2012-ci ildən “Borussiya”nın formasını geyinir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər