Ukrayna Ali Radasının baş katibi Mark Rutte fevralın 3-də yarımboş parlament zalında çıxış edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “RİA Novosti” yayımdan görüntülərə istinadən məlumat yayıb.
Bildirilir ki, yayılan kadrlarda Ali Rada binasındakı bir çox oturacaqların boş qaldığı, iclasda iştirak edən deputatların sayının az olduğu aydın görünür.
Agentliyin qeyd etdiyinə görə, hələ yanvar ayında deputat Yaroslav Jeleznyak Ukrayna parlamentində nəzərdə tutulan 450 deputat əvəzinə cəmi 393 üzvün qaldığını açıqlamışdı. Beləliklə, hazırda Ali Radada 57 deputatın çatışmadığı bildirilir.