Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mariya Zaxarova Avropa Komissiyasını "kolonial məntiq"də ittiham edib

2 dəq
Paylaş:
Mariya Zaxarova Avropa Komissiyasını "kolonial məntiq"də ittiham edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Komissiyasını " " yürütməkdə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə o, "Sputnik" radiosunun efirində çıxışı zamanı danışıb.

Bildirilib ki, Zaxarovanın açıqlaması Avropa Komissiyasının Brüsseldəki qərargahında anomal istilər fonunda binanın 1-7-ci mərtəbələrində kondisioner sistemlərinin söndürülməsi ilə bağlı qərardan sonra səsləndirilib.

Məlumata görə, sözügedən qərar qurum əməkdaşları arasında narazılıq yaradıb. Bildirilir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ofisi binanın 13-cü mərtəbəsində yerləşdiyi üçün bu məhdudiyyət onun iş şəraitinə təsir etməyib.

Qeyd olunub ki, Mariya Zaxarova baş verənləri Avropada tarixi köklərə malik bərabərsizlik nümunəsi kimi qiymətləndirib. O, Avropa rəsmilərinin özlərini "istisna" hesab etdiklərini iddia edərək, Avropa Komissiyasının orta əsrlərə xas "süzeren" məntiqini qoruyub saxladığını bildirib.

Zaxarovanın sözlərinə görə, qurum daxilində "ağalar və qullar" bölgüsü yanaşması hələ də mövcuddur və rəhbərlik öz rahatlığını təmin edərkən, digər əməkdaşların vəziyyətini nəzərə almır. O, bu vəziyyəti Avropa bürokratiyasının aşağı təbəqənin ehtiyaclarına laqeyd münasibətinin göstəricisi kimi qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax