ABŞ diplomatlarına İranla bağlı təzyiq göstərişi verilib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Bildirilib ki, Marko Rubio xaricdəki Amerika diplomatik nümayəndəliklərinə göndərdiyi daxili teleqramda İrandan gələn “artan hücum riski” səbəbindən hökumətlərə təzyiq göstərilməsi tapşırığını verib.
Məlumata görə, martın 16-da ABŞ-nin dünya üzrə səfirlik və konsulluqlarına göndərilən sənəddə diplomatlara İran və onun tərəfdarları tərəfindən mümkün hücum riskinin artdığı bir dövrdə hökumətləri “İranın və onunla əlaqəli terrorçu qrupların hücum imkanlarını məhdudlaşdırmaq üçün təcili tədbirlər görməyə” çağırmaq tapşırılıb.
"ABC News" qeyd edib ki, “SEPAH-ın fəaliyyəti ilə bağlı artan narahatlıqlar” adlı bu mesaj martın 20-dək “ən yüksək səviyyədə” çatdırılmalıdır.
Teleqramda vurğulanıb ki, SEPAH və Hizbullah kimi qurumlara qarşı beynəlxalq təzyiqin artırılması məqsədilə əməkdaşlıq daha effektiv hesab olunur.
Eyni zamanda, ABŞ Dövlət Departamenti bildirib ki, bu təşəbbüslər zəruri hallarda İsrail diplomatik nümayəndələri ilə koordinasiya olunmalıdır. ABŞ diplomatik missiyalarına həmçinin müvafiq ölkələri SEPAH və Hizbullahnı təcili şəkildə terror təşkilatı kimi tanımağa çağırmaq tapşırılıb.