“Sabah” basketbol klubunun prezidenti Maqsud Adıgözəlov yeni mövsümdə komandanın hədəfləri barədə danışıb.
Klub rəhbəri bildirib ki, “Sabah” 2018-ci ildə Premyer Liqada debüt etdiyi vaxtdan etibarən titullar uğrunda mübarizə aparır.
“Biz ancaq titulların dalınca gedirik. 2018-ci ildə Premyer Liqada debüt edəndə də titul dalınca gəlmişdik. Sadəcə bu il gözləntilər daha çoxdur”, – deyə Maqsud Adıgözəlov söyləyib.
O, komandanın iddialı olduğunu vurğulayıb və mövsüm ərzində iki-üç cəbhədə mübarizə aparmağın çətinliyinə diqqət çəkib.
“İki-üç cəbhədə mübarizə aparmaq çətin olacaq. Tək biz bunu etmirik. Ümumiyyətlə, bütün dünyada digər peşəkar komandalar da iki-üç cəbhədə oynamağa öyrəşməlidir”, – klub prezidenti qeyd edib.