Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Mançester Yunayted" Mateuş Fernandeş üçün tələb olunan qiyməti ödəməkdən imtina edib

2 dəq
Paylaş:
"Mançester Yunayted" Mateuş Fernandeş üçün tələb olunan qiyməti ödəməkdən imtina edib

İngiltərənin "" klubu ""in heyətində çıxış edən yarımmüdafiəçi Mateuş Fernandeşin transferi ilə bağlı danışıqlarda çətinliklə üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Stretford End" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı portuqaliyalı futbolçu üçün 80 milyon funt-sterlinq (təxminən 92,5 milyon avro) tələb edir.

"Mançester Yunayted" rəhbərliyi isə oyunçunun bazar dəyərini nəzərə alaraq, bu qiyməti qəbuledilməz hesab edir.

Məlumata əsasən, digər klubların marağına baxmayaraq, karyerasını məhz "Mançester Yunayted"də davam etdirməkdə maraqlıdır.

Komandanın Maykl Karrik gənc yarımmüdafiəçinin oyun üslubunu bəyənir və onu heyətində görmək istəyir. Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Mateuş ötən mövsüm "Vest Hem"in heyətində İngiltərə Premyer Liqasında 36 matçda meydana çıxıb. O, bu görüşlərdə 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalsa da, komandasının "Çempionşip"ə düşməsinə mane ola bilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax