"Vest Hem" klubunun 21 yaşlı futbolçusu Mateuş Fernandeş "Mançester Yunayted"in əsas transfer hədəflərindən birinə çevrilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, gənc oyunçunun xidmətində maraqlı olan Mançester təmsilçisi bu keçidi reallaşdırmaq üçün böyük məbləğdən keçməli olacaq.
London klubu gənc xavbekin satışından ən azı 84 milyon funt sterlinq (təqribən 97 milyon avro) gəlir əldə etməyi planlaşdırır.
Bu keçidin baş tutmasında "qırmızı şeytanlar"ın kapitanı Brunu Fernandeşin də xüsusi rolu var.
O, rəhbərliyi həmvətənini komandaya cəlb etməyə fəal şəkildə təşviq edir.
Hazırda Çempionşipə düşmə təhlükəsi ilə üz-üzə qalmasına baxmayaraq, "Vest Hem" rəhbərliyi oyunçunun qiymətində heç bir güzəştə getmək niyyətində deyil.
Maraqlıdır ki, "Transfermarkt" portalı portuqaliyalı futbolçunun real bazar dəyərini cəmi 35 milyon avro olaraq qiymətləndirir.