İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsində uruqvaylı yarımmüdafiəçi Manuel Uqarte ilə yollarını ayırmağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, futbolçu dünya çempionatından sonra rəsmən satışa çıxarılacaq.
Mənbə bildirir ki, "qırmızı şeytanlar" bu keçiddən təxminən 28 milyon avro gəlir əldə etməyi hədəfləyir.
Nüfuzlu "Transfermarkt" portalı isə 25 yaşlı oyunçunun hazırkı bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, Manuel Uqarte 2024-cü ilin avqust ayında Fransanın "PSJ" klubundan 50 milyon avro müqabilində transfer edilmişdi.
Cari mövsümdə o, mankunianların heyətində bütün turnirlər daxil olmaqla 24 matçda iştirak etsə də, heç bir məhsuldar hərəkətlə yadda qalmayıb.