"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar
06.09.2024 16:00
Aa
dəq

"Mançester Siti" və "Liverpul" gələn yay “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton üçün mübarizə aparacaqlar.

"Operativ Məlumat Mərkəzi-OMM" "Daily Mail"ə istinadən bildirir ki, 20 yaşlı futbolçu "şəhərlilərin" və "qırmızılar"ın radarındadır.

Qeyd olunur ki, “Mançester Siti” Rodrinin potensial gedişini nəzərə alaraq Uortonu transfer etmək istəyir.

Son zamanlar ispaniyalının "Real Madrid"ə transferi ilə bağlı şayiələr yayılıb.

Həftənin ən çox oxunanları