Operativ Məlumat Mərkəzi

Mançester derbisinin qalibi "mavi"lər olub

1 dəq
Paylaş:
Mançester derbisinin qalibi "mavi"lər olub
{"az":"turun mərkəzi qarşılaşması \"Mançester Siti\" və \"Mançester Yunayted\" komandaları arasında baş tutub. Görüş \"şəhərlilər\"in 3:1 hesablı qələbəsi ilə...","en":"","ru":""}

Futbol üzrə İngiltərə Premyer Liqasında XXVII tura yekun vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, turun mərkəzi qarşılaşması "Mançester Siti" və "Mançester Yunayted" komandaları arasında baş tutub. Görüş "şəhərlilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 8-ci dəqiqədə Markus Reşford açıb. 56-cı dəqiqədə Fil Foden hesabı bərabərləşdirib. 24 yaşlı yarımmüdafiəçi 80-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Matçın yekun nəticəsini 90+1-ci dəqiqədə Erlinq Haaland müəyyənləşdirib.

Günün digər oyununda "Bournmut" "Börnli"yə qalib gəlib - 2:0.

Qeyd edək ki, turnir cədvəlinə 63 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 62 xalla ikinci pillədə qərarlaşıb. "Mançester Yunayted" isə bu məğlubiyyətdən sonra 44 xalla altıncı yerdədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər