Əsas məzmuna keç

Maltada sülh sammiti işə başladı

Maltada sülh sammiti işə başladı

Bu gün Maltada Ukraynaya dair üçüncü sülh işə başlayıb. Sammitdə dünyanın 65-dən çox ölkəsinin təmsilçisi iştirak edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidenti ofisinin rəhbəri “Telegram”da bildirib.

Sammitdə Qərb və Qlobal Cənub ölkələrinin xarici siyasət və milli təhlükəsizlik üzrə müşavirləri iştirak edir.

Yermak qeyd edir ki, üçüncü sammitdə Ukrayna sülh formulunun beş maddəsinin icrası planları təqdim olunacaq və müzakirə ediləcək: nüvə, və ərzaq təhlükəsizliyi, humanitar istiqamət (əsir və deportasiya olunan şəxslərin azad edilməsi), Ukraynanın ərazi bütövlüyünün və dünya nizamının bərpası.

“Bu planlar müxtəlif ölkələrin səfirliklərinin təmsilçilərinin, eləcə də, beynəlxalq ekspertlərin daxil olduğu işçi qruplar tərəfindən hazırlanıb”, - deyə Andrey Yermak yazıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…