Malayziyanın Xarici İşlər Nazirliyi Rusiya ilə ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırdığını və baş nazir Ənvər İbrahimin Şərq İqtisadi Forumuna (EEF) səfəri zamanı onu iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinin rəsmilərinin müşayiət edəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Sosial şəbəkədə yayımlanan bəyanatında "biz onu gücləndirməkdə qərarlıyıq",- deyə o qeyd edib.
Şərq İqtisadi Forumu (EEF) 2024-cü il sentyabrın 3-dən 6-dək Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin kampusunda davam edəcək.
Forumun məqsəd və vəzifələrinə Rusiyanın Uzaq Şərq regionunun sürətli böyüməsini təşviq etmək, ixrac potensialını qiymətləndirmək, Asiya-Sakit okean regionunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi daxildir.