Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
12.08.2023 09:30
Aa
dəq

Yevlaxda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə rayonun Qaramanlı kəndindəki fermaların birindən 20 baş xırdabuynuzlu heyvanın itməsi ilə bağlı məlumat verilib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və heyvanların həmin fermada əvvəllər işləyən şəxslər tərəfindən oğurlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini İlqar Həşimov saxlanılıb, onunla əlbir olan digər şəxsin isə şəxsiyyəti müəyyən edilib və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bundan başqa, rayonun Yuxarı Bucaq kəndində yerləşən şəxsi təsərrüfatdan isə 2 baş iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, həmin kənd sakinləri Zaur Əjdərli və Vüsal Cəfərov saxlanılıblar. Onların iribuynuzlu heyvanları mal bazarında dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib. Həmin heyvanlar aşkarlanaraq sahibinə qaytarılıb.

Bu əməliyyatlar zamanı vətəndaşlara 6 min manatdan artıq ziyan dəydiyi aşkar edilib. Dəymiş ziyanın tam aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.

Faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu