Əsas məzmuna keç

Emmanuel Makron Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Emmanuel Makron Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Fransa Prezidenti Azərbaycanın milli bayramı münasibətilə dövlət başçısına və xalqımıza xoş arzularını çatdırıb.

en ru

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Respublikasının Prezidenti İlham Əliyevə göndərib. Məktubda Fransa Azərbaycan xalqına sülh və firavanlıq arzularını ifadə edib.

Emmanuel Makron ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikirlərini bölüşərək qeyd edib:

"Cənab Prezident, əziz İlham. Fransa Respublikasının Prezidenti Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram."

Məktubda ötən il oktyabrın 2-də Kopenhagendə keçirilən görüş və bu il mayın 21-də baş tutan xatırladılıb. Fransa Prezidenti regional məsələlər, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın potensialından tam istifadə etmək və münasibətləri normallaşdırmaq istiqamətində işləməyə davam etmək niyyətində olduğunu vurğulayıb. O, bu xüsusda 10 illiyini qeyd edən Fransız-Azərbaycan Universitetinin fəaliyyətini nümunəvi əməkdaşlıq kimi dəyərləndirib.

Məktubda həmçinin aşağıdakı məqamlara toxunulub:

  • İkitərəfli münasibətlərdə yaranan çətinliklərin tərəfdaşlıq ruhunda aradan qaldırılması ümidi.
  • və Azərbaycan arasında sülh prosesinin davam etdirilməsinə və başa çatdırılmasına Fransanın dəstəyinin ifadə olunması.
  • Region xalqlarının rifahı naminə yeni səhifə açmaq çağırışı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…