Operativ Məlumat Mərkəzi

Maduronun Rusiyada keçiriləcək BRİKS sammitinə səfərinin şərtləri açıqlanıb

1 dəq
Paylaş:
Maduronun Rusiyada keçiriləcək BRİKS sammitinə səfərinin şərtləri açıqlanıb
bununla bağlı Venesuelanın Rusiyadakı səfiri Xesus Rafael Salazar Velaskes açıqlama verib. O, Karakasın Rusiya səfirliyi vasitəsilə Vladimir Putinin...

Venesuela prezidenti Nikolas Maduronun Kazanda keçiriləcək BRİKS sammitinə səfəri ilə bağlı qərar dövlət başçısının iş qrafikinə əsasən veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Venesuelanın Rusiyadakı səfiri Xesus Rafael Salazar Velaskes açıqlama verib.

O, Karakasın Rusiya səfirliyi vasitəsilə Vladimir Putinin imzası ilə BRİKS sammitinə dəvət aldığını vurğulayıb. Venesuela dəvəti nəzərdən keçirəcək və Maduronun cədvəlinə uyğun qərar verəcək.

Velaskes Venesuelanın istənilən halda tədbirdə yaxşı təmsil olunacağını vurğulayıb.

Səfir “Maduro gəlməsə, hökumətin başqa nümayəndəsi gələcək”,- deyə bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər