Macarıstan XİN başçısı: "Əgər "Türk axını" çəkilməsəydi, bu gün çox ciddi problemlərlə üzləşərdik"

Macarıstan XİN başçısı: "Əgər "Türk axını" çəkilməsəydi, bu gün çox ciddi problemlərlə üzləşərdik"
03.02.2023 13:59
Aa
dəq

"Macarıstan dənizə çıxışı olmayan bir dövlət kimi enerji təchizatında, o cümlədən bu sahəyə lazımi sərmayələri yatırmaq məsələsində qonşu və digər tranzit ölkələrdən çox asılıdır".

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı deyib.

O, hökumətinin enerji təchizatına həmişə siyasi və ya ideoloji deyil, fiziki bir məsələ kimi baxdığını qeyd edib: “Enerji təhlükəsizliyi bizim üçün milli təhlükəsizlik məsələsidir və hökumət indiyə qədər etdiyi kimi bu sahəyə hər hansı müdaxilə cəhdini qətiyyətlə rədd etməyə davam edəcək”.

Nazir Siyarto Macarıstanın enerji təchizatının bu gün də təhlükəsiz olduğuna inandığını deyərək, bunun "böyük ölçüdə hələ də yüz faiz gücü ilə işləyən “Türk axını” qaz kəməri" ilə bağlı olduğunu vurğulayıb.

O, bəzi şəxslərin bir zamanlar kəmərin çəkilməsinə mane olmağa çalışaraq sanksiya hədələri etdiyini, lakin layihənin iştirakçı ölkələrin cəsarətli qərarları sayəsində reallaşdığını xatırladıb.

“Əgər biz bu kəməri çəkməsəydik, bu gün çox ciddi problemlərlə üzləşərdik”, Siyarto vurğulayıb.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu