Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijarto Türkiyənin İsveçin NATO üzvlüyü ilə bağlı qərarlarını dəstəkləyəcəklərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Szijarto Facebook hesabında Macarıstanın Türkiyə ilə əlaqə saxladığını paylaşıb.
Xarici işlər naziri Hakan Fidanın yaxın günlərdə NATO üzvlüyü ilə bağlı İsveçlə əlaqə saxlayacağını bildirən Szijarto, bu mövzuda həmkarı Fidanla məsləhətləşdiklərini vurğulayıb.
Ankara ilə daim təmasda olacaqlarını qeyd edən Szijarto, Türkiyənin İsveçin Alyansa üzvlüyünə münasibəti dəyişərsə, Macarıstanın heç bir ölkənin NATO-ya üzv olmasına mane olmayacağını vurğulayıb.