Operativ Məlumat Mərkəzi

Macarıstan sabiq ədliyyə naziri siyasətdən gedib

1 dəq
Paylaş:
Macarıstan sabiq ədliyyə naziri siyasətdən gedib
Avropa Parlamentinə (AP) qarşıdan gələn seçkilərdə hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının siyahısına rəhbərlik edən Macarıstanın keçmiş...

Avropa Parlamentinə (AP) qarşıdan gələn seçkilərdə hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyasının siyahısına rəhbərlik edən Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa siyasətdən getdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə TASS-a istinadən xəbər verir.

O, Budapeştdə verdiyi bəyanatda Macarıstan Prezidenti Katalin Novakın keçən il pedofiliya cinayətində əli olan bir şəxsi əfv etmək qərarının hazırlanmasına cavabdeh olduğunu vurğulayıb.

"Prezidentin qərarının hazırlanmasına görə siyasi məsuliyyəti öz üzərimə götürürəm. Mən ictimai həyatı tərk edirəm, parlament üzvü və Avropa Parlamentinə seçkilərdə siyahının lideri kimi mandatımdan imtina edirəm", - Varqa bildirib.

Xatırladaq ki, yaranmış qalmaqal fonunda Macarıstan Prezidenti Katalin də dövlət başçısı vəzifəsindən postundan istefa verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər