Macarıstan parlamenti İsveçin alyansa üzvlüyünü ratifikasiya edib

Macarıstan parlamenti İsveçin alyansa üzvlüyünü ratifikasiya edib
27.02.2024 15:33
Aa
dəq

Macarıstanın (Parlamenti) İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 26-da keçirilən iclasda 188 deputat bu qərarın lehinə, 6-sı əleyhinə səs verib.

Macarıstan, İsveçin bloka qoşulması üçün icazəsi lazım olan sonuncu NATO ölkəsi idi.

Beləliklə, Rusiyanın Ukraynadakı müharibəsinə cavab olaraq genişlənməyi hədəfləyən alyansı məyus edən 18 aydan çoxdur davam edən gecikmə sona çatıb. 

İsveç baş naziri Ulf Kristersson bu günün “tarixi gün” olduğunu və İsveçin “Avro-Atlantik təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu” deyib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Macarıstan parlamentinin qərarı alyansı “daha güclü və təhlükəsiz” edəcək.

Rəsmi prosedurlar başa çatdıqdan sonra İsveç NATO-nun 32-ci üzvü olacaq.

Xatırladaq ki, İsveç NATO-ya üzv olmaq üçün 2022-ci ilin mayında, Rusiyanın Ukraynanı işğalından sonra müraciət edib. Alyansın üzvlüyünü təsdiqləməyən sonuncu ölkələrdən Türkiyə və Macarıstan olsa da, yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiyasına səs verib və yanvarın 25-də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənədi imzalayıb.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu