Macarıstan Moldovanın Avropa İttifaqına (Aİ) daxil olmaq niyyətini dəstəkləyir, çünki bu addımın bütün cəmiyyətə fayda verəcəyinə və onun rəqabət qabiliyyətini artıracağına əmindir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Tass"-a istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Sijarto keçirilən mətbuat konfransında deyib.
O, "Moldovanın inteqrasiya prosesinin sürətləndirilməsi Aİ-nin rəqabət qabiliyyətini bir daha artırmasına kömək edəcək",- deyə bildirib.
Szijarto Budapeştin bu prosesdə Kişinyovu dəstəkləyəcəyini vurğulayıb.
Eyni zamanda, Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri açıq şəkildə bildirib ki, Budapeşt Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara qarşı çıxmaqda davam edir.