Belarus İsrailin İrana qarşı hücumunu qəbuledilməz sayır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Birinci Pool" teleqram kanalı məlumat yayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, İsrailin ABŞ tərəfindən dəstəklənən İrana qarşı xain hücumu qəbuledilməzdir.
Lukaşenko İranın Belarusdakı səfiri Əlireza Sanei ilə görüşündə vurğulayıb: “İsrailin Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənən İrana qarşı xain hücumu bizim üçün başa düşüləndir və qəbuledilməzdir.”
Prezident qeyd edib ki, hücum xüsusilə qəbuledilməzdir, çünki nəticədə mülki şəxslər, xüsusən də uşaqlar həyatını itirib.