Əsas məzmuna keç

“Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş edib

“Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş edib

“Lufthansa” aviaşirkətinə məxsus Münhen-Tokio reysini həyata hava gəmisinin kapitanı Beynəlxalq Aeroportuna təcili sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, buna təyyarədə olan sərnişinin səhhətinin qəfil pisləşməsi səbəb olub.

Airbus A350 tipli hava gəmisi yerli vaxtla saat 19:29-da hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 21:02-də Bakıdan Tokioya yola düşüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…