Antiterror tədbirləri zamanı 192 hərbi qulluqçu şəhid olub

Antiterror tədbirləri zamanı 192 hərbi qulluqçu şəhid olub
27.09.2023 11:02
Aa
dəq

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Səhiyyə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.

Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür.

Həftənin ən çox oxunanları

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi
DAVAMIN OXU davamın oxu

İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov: Sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb

Ceyhun Bayramov: Sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
DAVAMIN OXU davamın oxu