Operativ Məlumat Mərkəzi

Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycan liderini təbrik edib

1 dəq
Paylaş:
Liviya Dövləti Prezident Şurasının Sədri Azərbaycan liderini təbrik edib
təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Liviya...

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Liviya Dövləti ilə Azərbaycan Respublikası arasında tarixi əlaqələrin dost xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə inkişaf etdirilməsi üçün Sizinlə birgə əməkdaşlığa hazır olduğumu vurğulayıram.

Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirir, müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqının tərəqqisinə və firavanlığına yönələn səylərinizdə davamlı müvəffəqiyyətlər arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramını qəbul etmənizi xahiş edirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər