Dortmund "Borussiya"sına məxsus olan cinah müdafiəçisi Daniel Svensson transfer bazarında böyük maraq doğurur.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, gənc oyunçunun xidmətində ən çox maraqlı olan klublar "İnter" və "Liverpul"dur.
Adı çəkilən nəhənglərdən başqa, "Arsenal", "Milan" və "Atalanta" da müdafiəçini öz heyətində görmək istəyir.
Almaniya təmsilçisi isə futbolçu ilə yollarını ayırmağa müsbət yanaşır. Lakin bunun üçün qarşı tərəf 40-45 milyon avro təzminat ödəməlidir.
Cari mövsümdə Daniel ümumilikdə 43 qarşılaşmada meydana çıxıb. O, bu oyunlarda dörd dəfə fərqlənməyi və iki məhsuldar ötürmə verməyi bacarıb. Qeyd edək ki, müdafiəçinin "Borussiya" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.