Livandan İsrail ərazisinə bir saat ərzində 15 raket atılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, buna cavab olaraq İsrail döyüşçüləri "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib.
Vurğulanıb ki, hücumlar nəticəsində heç bir itki qeydə alınmayıb.