Operativ Məlumat Mərkəzi

Lisey və gimnaziyalara qəbulla bağlı qərarda dəyişiklik edilib

1 dəq
Paylaş:
Lisey və gimnaziyalara qəbulla bağlı qərarda dəyişiklik edilib
bu barədə Təhsil İnstitutundan bildirilib. "Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird...

Lisey və gimnaziyalara qəbulla bağlı qərarda dəyişiklik edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib.

"Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.

Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək", - məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər