"Qarabağ" ÇL-yə qələbə ilə başlayıb - YENİLƏNİB

"Qarabağ" ÇL-yə qələbə ilə başlayıb - YENİLƏNİB
11.07.2023 21:30
Aa
dəq

"Qarabağ" UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə "Linkoln"un qonağı olub. "Viktoriya" stadionunda oynanılan görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça Azərbaycan çempionu üstün başlasa da, ilk qolu 25-ci dəqiqədə meydan sahibləri vurublar. Əks-hücumu Kike Qomes məntiqi sonluqla başa çatdırıb. Buraxılan topdan sonra "Qarabağ" Nəriman Axundzadə ilə qola yaxın olsalar da, ilk hissədə hesabı bərabərləşdirmək mümkün olmayıb və komanda fasiləyə məğlub yollanıb.

İkinci yarıya da fəal başlayan "köhlən atlar" istədiyi qolu 58-ci dəqiqədə vurub. Abdullah Zubirin ötürməsindən sonra Redon Cica qüvvətli zərbə ilə tarazlığı bərpa edib. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Yassin Benzia qoyub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

19:55 ***

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 25-ci dəqiqədə meydan sahibləri Kike Qomesin qolu ilə önə çıxıblar.

19:30 ***

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat ilk oyunu başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "Viktoriya" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.

Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

18:24 ***

 Cəbəllütariqdə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Linkoln" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Linkoln": Deyl Kolinq, İbrahim Ayu, Con Sarcent, Bernardu Lopeş, Nano, Mandi, Mustafa Yahaya, İtan Britto, Liam Uoker, Kike Qomes, Xuampe
Ehtiyat oyunçular: İvan Villanueva, Nauset Santana, Roy Çipolina, Xesus Toskano, Xuan Penya, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Samson Acayi, Santi Luke, Li Kasyaro
Baş məşqçi: Xavi Munyos

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 87. Adama Diakabi, 17. Hamidu Keyta
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Viktoriya" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu