Əsas məzmuna keç

Leyla Əliyevanın tapşırıq verdi - FOTO

Leyla Əliyevanın tapşırıq verdi - FOTO

Leyla Əliyevanın göstərişi ilə baxımsız fayton atı reabilitasiyaya cəlb olundu. IDEA İctimai Birliyi.

Fondunun vitse-prezidenti və İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın göstərişi ilə baxımsız halda qalmış və ayaqları zədələnmiş atı müvafiq qayğı tədbirləri üçün reabilitasiyaya cəlb olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə IDEA İctimai Birliyindən bildirilib.

Qeyd edək ki, at xüsusi vasitəsi ilə IDEA Heyvanlara Qayğı Mərkəzinə gətirilib, burada ilkin baytarlıq müayinəsindən keçirilib və təyin olunmuş müalicəsinə başlanılıb. Hal-hazırda atın həyatına hər hansı təhlükə yoxdur. Mərkəzdə baxımsız qalmış atın tam sağalması üçün zəruri baytarlıq tədbirləri davam etdiriləcəkdir.

Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə Qız qalası yaxınlığından Azneft meydanı istiqamətində turist daşımaq üçün istifadə edilən fayton atının baxımsız qalması ilə bağlı məlumatlar yayılmışdı.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…