Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Leyla Əliyeva Multikulturalizm Mərkəzində olub

3 dəq
Paylaş:
Leyla Əliyeva Multikulturalizm Mərkəzində olub

Bakı Mərkəzində (BBMM) olub.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov qonağa Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Bildirilib ki, İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan Mərkəz, ölkəmizin multikulturalizm modelinin öyrənilməsi və beynəlxalq təbliği istiqamətində mühüm layihələr həyata keçirir. Qurum beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Hər il təşkil olunan beynəlxalq konfranslar, elmi seminarlar və forumlarda müxtəlif ölkələrdən alimlər iştirak edirlər. Bu tədbirlərdə multikulturalizm, dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq mövzuları müzakirə olunur.

Dövlət başçısının təşəbbüsünə əsasən, Mərkəz "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsini reallaşdırır. Bu layihə çərçivəsində dünyanın 27 aparıcı universitetində həmin fənn tədris olunub.

Eyni zamanda, ölkənin 40-a yaxın universitetinin magistratura səviyyəsində bu fənnin tədrisi aparılır. müəssisələrinin bakalavr səviyyəsində isə "Multikulturalizmə giriş" əsas fənn kimi tədris edilir.

Mərkəz Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı kitabların, xəritələrin çapına, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində nəşrlərin hazırlanmasına xüsusi diqqət ayırır. Bu materiallar həm ölkə daxilində, həm də beynəlxalq akademik mühitdə təqdim olunur.

Görüş zamanı Mərkəzin fəaliyyətinə dair film nümayiş etdirilib və Leyla Əliyeva nəşrlərlə tanış olub.

Leyla Əliyeva Azərbaycanın multikultural dəyərlərinin qorunması istiqamətindəki layihələrin əhəmiyyətini vurğulayıb. O, xüsusilə islamofobiya, antisemitizmksenofobiyaya həsr olunan konfransları, eləcə də Azərbaycanın xristianlıq irsinin dünyada tanıdılması işlərini yüksək qiymətləndirib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyətində gənclərlə işə verilən önəm, Azərbaycan multikulturalizminin tanıdılmasında mühüm rol oynayır. BBMM müxtəlif xalqlar arasında anlaşmanın inkişafına mühüm töhfə verir.

Sonda Leyla Əliyeva Mərkəzin kollektivi ilə həmsöhbət olub və xatirə şəkli çəkdirib. Qeyd edək ki, Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüdür.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax