Leyla Əliyeva Tiranada fəaliyyət göstərən “Hannah və Rosafa” uşaq evini ziyarət edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, valideyn himayəsindən məhrum olan və ya sosial təhlükə mühitində yaşayan azyaşlılar üçün nəzərdə tutulmuş bu dövlət müəssisəsi, xüsusilə 0-6 yaşarası uşaqların mühafizəsi və tərbiyəsi istiqamətində ixtisaslaşıb. Müəssisədə uşaqlar erkən inkişaf dövründə ehtiyac duyduqları psixoloji dəstək, tibbi xidmət və mənəvi qayğı ilə əhatə olunurlar.
Daha sonra Leyla Əliyeva "Mother Teresa" Universitet Xəstəxana Mərkəzi ilə tanış olub. Bütün Albaniyada, o cümlədən Tiranada əsas dövlət universitet xəstəxanası olan bu mərkəzdə ən qabaqcıl texnologiyalardan istifadə olunur. Ölkənin əsas onkoloji xidməti burada cəmlənərək, xəstələrə şüa, kimyaterapiya və mürəkkəb cərrahi müalicə imkanları təqdim edilir. Mərkəzdə hər bir uşağın sağlamlığına həssaslıqla yanaşılır, onların müalicə prosesi şəfqətli yanaşma və rəngarəng mühitlə dəstəklənir.