Lənkəranda şadlıq mərasimində 17 nəfər zəhərlənib - SİYAHI

Lənkəranda şadlıq mərasimində 17 nəfər zəhərlənib - SİYAHI
24.04.2023 16:30
Aa
dəq

Lənkəranda şadlıq mərasimində kütləvi zəhərlənmə olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib. Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım avtomaşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar. Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır.

Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və 1 nəfər kişi olub.

Lənkəranda qidadan zəhərlənənlərin kimlikləri məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" onların adlarını təqdim edir:

Cəfərov Yusif Elşən oğlu – 2019-cu il
Hüseynov Həmzə Əhməd oğlu – 2018-ci il
Süleymanova Aysel Zaur – 2016-cı il
Cəfərova Dəniz Elşən qızı – 2015-ci il
Cəfərov Rəşad Elşən oğlu – 2014-cü il
Ağayeva Bahar İsmət qızı – 2014-cü il
Süleymanov Zaman Zaur oğlu – 2014-cü il
Ağayev Murad İsmət oğlu – 2013-cü il
Ağazadə Şəfa Arzuman qızı – 2001-ci il
Hüseynova Zeynəb Əhməd qızı - 2010-cu il
Cəfərova Jalə Rizvan qızı – 1995-ci il
Ağayeva Güldanə İslam qızı – 1995-ci il
Süleymanova Aygün Vəliağa qızı – 1989-cu il
Ağayeva Günel Vəliağa qızı – 1988-ci il
Ağayeva Əzizə Xudaverdi qızı – 1985-ci il
Ağayev Arzuman Vəliağa oğlu – 1976-cı il
Ağayeva Firuzə Canəli qızı – 1954-cü il.

Xəstəxananın şöbə müdiri Elgiz Baxşıyevin bildirdiyinə görə, hazırda xəstəxanada 5-i uşaq, 4-ü qadın və 1 nəfər kişi olmaqla 10 nəfərin müalicəsi davam etdirilir. Zəhərlənmənin hansı səbəbdən olduğunun müəyyənləşməsi üçün xəstələrdən qida qalıqlarının nümunəsi götürülərək laboratoriyaya təqdim olunub.

Həftənin ən çox oxunanları

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu