Əsas məzmuna keç

Lənkəranda əməliyyat: narkotik maddələr aşkarlanıb

Lənkəranda əməliyyat: narkotik maddələr aşkarlanıb

Lənkəranda saxlanılan narkokuryerdə silah və 5 kiloqram heroin aşkarlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat...

Lənkəranda saxlanılan narkokuryerdə silah və 5 kiloqram aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Şəhər Rayon Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Elçin Lənkəran rayonun Göyşaban kəndi ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı onun əlindəki bağlamadan 5 kiloqramdan artıq heroin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı E.Əsədovun həmin və odlu silahı İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi, pul müqabilində deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib.

Qeyd edək ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində son 20 gün ərzində ümumilikdə 28 nəfər saxlanılıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…