Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Livan İsrailin hücumları səbəbindən təhsili dayandırdı

2 dəq
Paylaş:
Livan İsrailin hücumları səbəbindən təhsili dayandırdı

Livanın ölkədə vəziyyəti ilə əlaqədar rəsmi bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, can təhlükəsizliyi və fövqəladə vəziyyət nəzərə alınaraq, bütün dövlət və özəl məktəblərdə, həmçinin peşə və texniki təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb.

Nazirlik hadisələrin gedişatını aidiyyatı qurumlarla koordinasiyalı şəkildə gündəlik izləyəcəyini və ictimai tələblərinə uyğun qərarlar verəcəyini vurğulayıb.

Açıqlamada həmçinin Livana və mülki əhaliyə qarşı hücumlar pislənilib, evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlara dəstək ifadə olunub.

Hazırda bir çox məktəb binalarının sığınacaq kimi istifadə edildiyi qeyd olunub.

Xatırladaq ki, İsrail ordusu "" hədəflərini vurduğunu iddia edərək Livanın müxtəlif bölgələrinə, o cümlədən paytaxt Beyruta hava zərbələri endirib.

İsrail tərəfi Livanın cənubu və Bekaa vadisindəki 50-dən çox kəndin sakinlərinə ərazini tərk etmələri barədə xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax