Ermənistan XİN qarşısında Rusiya əleyhinə etiraz aksiyası keçirilir
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, hazırda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların getdiyi Ermənistan XİN-in binasının yaxınlığında Rusiya əleyhinə plakatlar qaldırılıb.
Etirazlar keçmiş deputat Armen Babacanyanın təşəbbüsü ilə baş verir.