"Qərb həmişə Rusiyanı məhv etməyə çalışıb".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Qərbin Rusiyaya qarşı siyasətinin mahiyyəti həmişə ondan ibarət olub ki, biz çox güclü və müstəqilik. Bu gün Zelenski rejiminin təkcə mahiyyətini deyil, həm də qondarma Ukrayna ordusunun əsgərlərinin taxdıqları pankart və lentləri nəzərə alaraq, 50 ölkə yenidən nasist bayraqları altında Rusiyaya qarşı toplaşır",- deyə diplomat qeyd edib.