Operativ Məlumat Mərkəzi

Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək

1 dəq
Paylaş:
Latviya dronların ilk partiyasını Ukraynaya göndərəcək
bunu Latviyanın Baş naziri Evika Silina ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Latviyanın istehsal etdiyi...

Latviya yaxın vaxtlarda Ukraynaya 1 milyon avro dəyərində yerli istehsal olan dronların ilk partiyasını göndərməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Latviyanın Baş naziri Evika Silina ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Latviyanın istehsal etdiyi dronlar sınaqdan keçirilib: “Ukraynalı həmkarlarımız onların döyüşdə effektiv olduğunu etiraf ediblər”.

Onun sözlərinə görə, ümumilikdə, 2024-cü ildə Latviya Ukraynaya dronların tədarükü üçün 9 milyon avro ayırmağı planlaşdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər