İsrail müxalifətinin lideri Yair Lapid atəşkəs danışıqlarında ölkəsinin iştirak etməməsini tənqid edib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, Lapid bunu sosial mediada açıqlayıb.
O bildirib ki, baş nazir Binyamin Netanyahunun siyasəti nəticəsində İsrail diplomatik masada olmayıb və bu, “diplomatik fəlakət”dir.
Lapid vurğulayıb ki, bu qərarlar milli təhlükəsizliyin əsaslarını əhatə edir və baş nazir siyasi və strateji baxımdan uğursuz olub.