Operativ Məlumat Mərkəzi

Lalə Manço Barış Mançonun vəsiyyətini açıqladı

1 dəq
Paylaş:
Lalə Manço Barış Mançonun vəsiyyətini açıqladı
mərhum müğənninin istəyi “2023” əsərini ifa etməklə bağlı olub. Həyat yoldaşı onun vəsiyyəti haqqında məlumat verib: "Barış vəsiyyət edib ki, 2023-cü...

Mərhum türkiyəli müğənni Barış Mançonun həyat yoldaşı Lalə Manço sənətçinin illər əvvəl dediyi vəsiyyətini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi - OMM ” Türkiyə mediasına istinadən xəbər verir ki, mərhum müğənninin istəyi “2023” əsərini ifa etməklə bağlı olub.

Həyat yoldaşı onun vəsiyyəti haqqında məlumat verib:

"Barış vəsiyyət edib ki, 2023-cü ildə 80 yaşı olan zaman “2023” bəstəsini simfonik orkestrin müşaiyət ilə ifa etsin. Bu əsər Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunub. Biz bu il ərzində müxtəlif texniki vasitələrlə onu səhnəyə çıxararaq arzusunu reallaşdırmağa çalışacayıq”.

Qeyd edək ki, Barış Manço 2 fevral 1999-cu ildə vəfat edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər