"Laçının iqtisadi potensialı"- EKSPERT ŞƏRH ETDİ

"Laçının iqtisadi potensialı"- EKSPERT ŞƏRH ETDİ
31.03.2023 17:28
Aa
dəq

“Böyük Qayıdış Layihəsi” Azərbaycanın ən böyük strateji inkişaf prioritetlərindən biridir. Bu istiqamətdə 2021-ci ilin büdcəsindən bu yana ciddi vəsaitlər ayrılıb, işlər görülür. 

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

"Bu proyekt hazırda Azərbaycan üçün gəlir gətirmir, hələ ki investisiya qoyuruq. Ancaq bunun Azərbaycanın iqtisadiyyatına geri qaytarılması, hansıki 30 il ərzində istifadə imkanlarımız məhdudlaşıb, yollar, enerji, sosial, yaşayış infrastrukturu dağıdılıb. Hətta meşə infrastrukturu da qırılıb, resurslar istismar edilib. Ölkə sıfırdan bu əraziləri özünə qaytarmaq üçün milyardlarla manat investisiya qoyub. 

2021-ci ilin büdcəsində bu istiqamətdə 2 milyon manat ayrılıb ,2022-ci ilin büdcəsində 2,2 milyard manat, 2023-cü ilin büdcəsində 3 milyard manat ayrıldı. Bunlardan əlavə həm 2021 həm də 2022-ci ilin ortasında  büdcədə əlavə resurslar ayrıldı".

O qeyd etdi ki, ​​​​​​Üst-üstə baxsaq 6-7 milyard manat 2021-ci ildən bura investisiya qoyulub. Nəzərə alsaq ki, dövlət büdcəsi hesabına yox, həm də özəl sektor orada tikinti işləri, əkinçilik işləri aparır.

"Özəl sektor, fərdi şəxslər də şirkətlərdə bura investisiya qoyur. İnvestisiyalar bir neçə ilə 10 milyardlarla manatla ölçüləcək. Bu həm Azərbaycan iqtisadiyyatı üçün yeni gəlir mənbələri formalaşdıracaq, həm də burada yaşayışı təmin edəcək. Təmir bizim üçün xüsusi əhəmiyyətli məsələlərdən biridir. Həmin ərazilərin həm kənd təsərrüfatları, əkinçilik, maldarlıq, alıcılıq həm də digər üzümçülük potensialı mövcuddur. Zəngilanda mədənçilik, Kəlbəcərdə zəngin yataqlar, həmçinin ciddi turizm potensialı var. Turizmin istənilən növünü burada inkişaf etdirmək mümkündür.

Bununla yanaşı Azərbaycan orada ciddi enerji potensialı görür, enerji infrastrukturunu formalaşdırır, alternativ enerji mənbələrini də istifadə etməyini düşünür. Azərbaycanın ciddi su problemi var, bunun üçün Qarabağ zonasında su potensialı imkan verir ki, ciddi problemi bir qədər yüngülləşdirək. 

Bu baxımdan Laçın strateji əhəmiyyətə malikdir. Hansıki Qarabağın etnik erməniləri yaşayır, Qarabağın Ermənistanla sərhədində yerləşən rayondur və orada Azərbaycanlıların daimi yaşaması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və dayanıqlı inkişafı üçün əhəmiyyətlidir. Bununla paralel olaraq Laçın, Kəlbəcər ciddi turistik gözəlliyə, həm coğrafi, iqlim həm də müalicəvi turizm potensialına malikdir.

Hazırda baxmayaraq ki, Azərbaycan ciddi investisiyalar qoyur, gələcəkdə bu investisiyalar özünü doğruldacaq".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu