Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində Laçın şəhərinə köçürülən ailələrin tibbi müayinələri davam etdirilir.
TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, 44 ailənin üzvü olan 159 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Laçın, Beyləqan, İmişli, Bərdə, Tərtər, Kürdəmir, Şamaxı, Abşeron rayonlarının mərkəzi xəstəxanalarında, Sabunçu, Nizami, Sumqayıt, Lökbatan, Binəqədi tibb mərkəzlərində, Yeni Klinikada və Bakı Baş Səhiyyə Mərkəzində tibbi müayinədən keçiblər.
Azərbaycanda həbsdə olan əcnəbilərə tibbi xidmətlərin göstərilmə qaydası müəyyənləşib
Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək - 29.12.2025
Qeyri-neft-qaz sektorunda 2500 manatdan çox əməkhaqqı alanlar üçün icbari tibbi sığorta haqqı dəyişir - 09.12.2025
Onların biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya), həmçinin digər lazımi müayinələri həyata keçirilib.
Müayinələr “Böyük Qayıdış” layihəsi çərçivəsində icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunub.
Xatırladaq ki, tibbi müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır.
TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması baş tutulub. Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.